BAKI, 25 avqust. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən mənə Hörmüz boğazının beynəlxalq sularında bütün minaların çıxarıldığı və ya partladıldığı barədə məlumat verildi. İrana bildirilib ki, yeni mina yerləşdirən hər hansı bir gəmi və ya qayıq dərhal və sistemli şəkildə məhv ediləcək.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, Kosmik Qüvvələr vasitəsilə Hörmüz boğazının hər qarışını, eləcə də Koləng (Pikakse) dağını və artıq məhv edilmiş üç digər nüvə obyektini izləyirlər:

"Mina yerləşdirilməsinə qarşı "sıfır dözümlülük" siyasəti tam qüvvədədir".