BAKI, 25 avqust. TELEQRAF
“Ukraynadakı son hadisələrdən xəbərdarıq. Xatırladırıq ki, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən istənilən ölkə üçün əsas elementdir”.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Markus Lammert deyib.
Lammert vurğulayıb ki, Ukrayna islahatların həyata keçirilməsi ilə bağlı üzərinə öhdəliklər götürüb. O, Ukrayna hakimiyyətini Brüssellə əldə olunmuş razılaşmalara əməl etməyə çağırıb.
Qeyd edək ki, Aİ rəsmisinin açıqlaması Ukrayna Ali Radasının komitəsinin Korrupsiyaya qarşı Mübarizə Bürosunun səlahiyyətlərini genişləndirən antikorrupsiya qanun layihələrini gündəliyə daxil etməmək qərarı kontekstində verilib.