BAKI, 25 avqust. TELEQRAF

Ermənistanın ikinci prezidenti Robert Köçəryan və "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan həbs olunmalıdır.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin yeni beş illik proqramının müzakirəsi zamanı bildirib.

"Bəli, onlar həbs olunmalıdırlar. Qaqik Tsarukyan və Robert Köçəryan vaxtilə rüşvət kimi paylamaq üçün xalqdan oğurladıqları pulları dövlətə qaytarmalıdırlar. Bu, mənim siyasi məsuliyyətimdir. Bunu təkcə mən yox, Ermənistan xalqı tələb edir", - Paşinyan qeyd edib.