BAKI, 21 iyun. TELEQRAF

İran, ABŞ və Qətər nümayəndə heyətləri arasında Livan üzrə üçtərəfli görüş başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam Respublikası Yayım Şirkəti (IRIB) məlumat yayıb.

İsveçrədə keçirilən görüşdə Livanda hərtərəfli atəşkəsin əldə olunması və İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması məsələləri müzakirə edilir.