BAKI, 21 iyun. TELEQRAF

Yəmən Nümayəndələr Palatasının sədri Sultan Səid Əl-Bərkani Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə Teleqraf-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Nümayəndələr Palatasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.