BAKI, 21 iyun. TELEQRAF
Pakistan Silahlı Qüvvələrinin komandanı, marşal Asım Munir ABŞ və İran arasında keçiriləcək danışıqlarda iştirak etmək üçün İsveçrəyə gedib.
Teleqraf xəbər verir ki, Pakistanın baş vasitəçisi olan hərbi komandan İslamabad Anlaşma Memorandumu çərçivəsində təşkil edilən görüşlərə qatılacaq.
Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar İsveçrənin Bürgenstok kurort bölgəsində baş tutacaq.