BAKI, 21 iyun. TELEQRAF
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ABŞ və İran arasında keçiriləcək danışıqlarda iştirak etmək üçün İsveçrənin Sürix şəhərinə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə məlumat və hökumət başçısının təyyarədən enməsinə dair video görüntülər Pakistan Baş Nazirinin Ofisinin rəsmi "X" sosial şəbəkə hesabında paylaşılıb.
Yüksək səviyyəli danışıqlarda M.Şəriflə yanaşı, Pakistan Silahlı Qüvvələrinin komandanı, marşal Seyid Asım Munir də iştirak edəcək.