BAKI, 21 iyun. TELEQRAF

İran və Amerika Birleşmiş Ştatları arasında əldə olunmuş razılaşmanın icrası prosesini müzakirə etmək məqsədilə bu gün regional vasitəçilərin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bu gün keçirilən brifinqdə məlumat verib.

İ.Bəqayi bildirib ki, proqrama uyğun olaraq, günün birinci yarısında vasitəçi qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər baş tutacaq. Günün ikinci yarısında isə İran, ABŞ, Qətər və Pakistan heyətlərinin iştirakı ilə dördtərəfli iclas təşkil olunacaq.

XİN rəsmisi iyunun 18-də imzalanmış sənədin icra mexanizmlərinə toxunaraq, Tehranın bu məsələdə prinsipial mövqe nümayiş etdirdiyini vurğulayıb:

"Biz bu sənədi imzaladığımız ilk andan onun icrasını diqqətdə saxlamışıq. Hər hansı sənədin icrası onun imzalanmasından daha mühümdür. Bu görüş İranın qarşı tərəfdən öhdəliklərin yerinə yetirilməsini tələb etmək birmənalı niyyətini və ciddiliyini nümayiş etdirir. Biz heç bir halda sənədin qarşı tərəfdən öz-özünə icra olunacağını gözləmirik".