BAKI, 21 iyun. TELEQRAF
ABŞ və İran arasında imzalanmış Anlaşma Memorandumunun yekun saziş şərtlərini müzakirə etmək üçün ixtisaslaşmış texniki və ekspert qrupları yaradılıb.
Teleqraf xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Məlumata görə, sənədin icrasına nəzarət etmək, əldə olunmuş tərəqqini izləmək və yekun razılaşmanın bağlanması istiqamətində işləmək üçün monitorinq qrupları da təşkil olunub. Qurum bəyan edib ki, bu addım bütün tərəflərin hərtərəfli və davamlı sazişə nail olmaq üçün danışıqlar prosesində xoş niyyətlə irəliləmək əzmini nümayiş etdirir.
Bəyanatda həmçinin Qətərin Pakistan və digər əlaqədar tərəflərlə birgə fəaliyyəti davam etdirəcəyi vurğulanıb:
"Qətər dialoq və diplomatiyanın münaqişələrin həllində ən optimal yol olduğuna inanır. Danışıqların öz məqsədlərinə çatmasını təmin etmək üçün müsbət mühitin yaradılması istiqamətində işlər davam etdiriləcək".