BAKI, 13 iyun. TELEQRAF
İyunun 12–14-də Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda iştirak edən Azərbaycan idmançıları uğurla çıxış ediblər.
Teleqraf xəbər verir ki, ölkəmizi təmsil edən Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə 2 nəfərlik qayıqda üçüncü yeri tutublar.
Ziya–Nurlan cütlüyü 2000 metr məsafədə finiş xəttini üçüncü keçərək bürünc medala sahib olublar.