BAKI, 13 iyun. TELEQRAF

Avropa İttifaqının hazırkı rəhbərliyi Macarıstanın suverenliyinə əsas təhlükə yaradır.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın keçmiş baş naziri Viktor Orban bildirib.

Mətbuatda dərc olunan 18 səhifəlik sənəddə qeyd olunub ki, Brüsseldəki liberal rəhbərlik ənənəvi mühafizəkar dəyərləri təhdid edir və Aİ üzvü olan dövlətlərin səlahiyyətlərini məhdudlaşdırmağa çalışır.

Keçmiş hökumət başçısı həmçinin iddia edib ki, Aİ rəhbərliyi aprelin 12-də keçirilən parlament seçkilərində "Fides" Partiyasının məğlubiyyətində rol oynayıb. Brüssel Macarıstanın yeni baş naziri Peter Madyarın rəhbərlik etdiyi "Tisza Party" partiyasını açıq şəkildə dəstəkləyib.

Orban seçkilərin nəticəsini “Brüssel, Soros, ukraynalılar və transmilli korporasiyaların koordinasiyalı fəaliyyəti” ilə əlaqələndirib.

Keçmiş baş nazir hazırkı hökuməti də tənqid edərək bildirib ki, yeni hakimiyyət Macarıstanın strateji muxtariyyətini zəiflədib, Brüsselin gözləntilərinə uyğun siyasət yürüdür.