BAKI, 13 iyun. TELEQRAF
Vaşinqton Tehranla bağlanmış mümkün razılaşma çərçivəsində 24 milyard dollarlıq İran aktivlərinin dondurulmasının ləğvinə razılaşıb.
Teleqraf “Tasnim” xəbər agentliyinə istinadla xəbər verir ki, bunu İranın ali liderinin hərbi müşaviri general-mayor Möhsün Rezai deyib.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranın dondurulmuş vəsaitlərinin bir hissəsinin blokdan çıxarılmasını təsdiqləyib, lakin bu qərar hələlik ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, iddialarla bağlı Vaşinqton tərəfindən rəsmi təsdiq verilməyib.