BAKI, 13 iyun. TELEQRAF
İranın keçmiş ali rəhbəri Əli Xamenei iyulun 9-da doğulduğu Məşhəd şəhərində dəfn olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası olan "Islamic Republic of Iran Broadcasting" məlumat yayıb.
Bildirilib ki, iyulun 4 və 5-də Tehrandakı İmam Xomeyni adına Böyük Məscidində vida mərasimləri keçiriləcək. Növbəti mərasimlər iyulun 6-da Tehranda, iyulun 7-də isə Qum şəhərində olacaq.
Mənbənin məlumatına əsasən, Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn olunacaq.
Xatırladaq ki, İranın keçmiş lideri Xamenei ABŞ-İsrail hücumu nəticəsində 28 fevralda Tehranın Fələstin küçəsindəki evində həyat yoldaşı, gəlini və 14 aylıq nəvəsi ilə birlikdə öldürülüb.