BAKI, 13 iyun. TELEQRAF

Xalq artisti Flora Kərimova dörd gündür ki, xəstəxanaya yerləşdirilib. Onun müalicəsilə bağlı məsələlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Hazırda Flora xanımın səhhəti yaxşıdır.

Bu sözləri Teleqraf-a açıqlamasında Flora Kərimovanın köməkçisi Yaqut İmanova deyib.

"Ötən gün Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xəstəxanada Flora xanımı ziyarət etdi. Flora Kərimova Mehriban Əliyevaya minnətdarlığını bildirir. İki gün də xəstəxanaya geciksəydik, vəziyyəti pis ola bilərdi. Flora xanımın ürək və beynində problemlər var idi", - İmanova bildirib.

O, Flora xanımın xəstəxanadan nə zaman çıxacağı barədə məlumatlı olmadığını qeyd edib.