BAKI, 13 iyun. TELEQRAF
Livanın Baş naziri Nəvaf Salam “Hizbullah” hərəkatını ölkəni böhrandan çıxarmaq və İsrail qoşunlarının cənub bölgələrindən çıxarılmasına nail olmaq üçün hakimiyyətlə əməkdaşlığa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Baş nazir bildirib ki, “Hizbullah” hərəkatı Vaşinqtonda İsraillə aparılan sülh danışıqlarını dəstəkləməli və Livanın maraqlarını İranın maraqlarından üstün tutmalıdır.
"“Hizbullah” hərəkatı silahlarını təhvil verməli və normal siyasi partiyaya çevrilməlidir. Biz ondan hakimiyyətin qəbul etdiyi qərarlara əməl etməkdən başqa bir şey tələb etmirik”, – Baş nazir bildirib.