AĞDAM, 13 iyun. TELEQRAF

Ağdamda baş verən genişmiqyaslı yanğın söndürülüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın baş verən Kəngərli ərazisinə cəlb edilən yanğınsöndürən bölməsinin əməkdaşları baş vermiş yanğını söndürüb. Quru otlaq ərazisndə alovlanması mümkün olan bütün yanğın ocaqları aşkar edilərək söndürülüb.

Hazırda ərazi tam nəzarət altındadır

***
17:06

Ağdamda 60 hektardan artıq ərazidə yanğın başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Kəngərli kəndində açıq ərazidə quru ot və kol olan hissədə baş verib.

Əraziyə FHN-nin Ağdam rayonunun yanğınsöndürən bölməsinin iki maşını və şəxsi heyəti cəlb olunub. Yanğın genişlənərək əraziyə yayıldığından əlavə olaraq FHN-nin Xocalı rayonun yanğınsöndürən bölməsinin bir avtomobili və şəxsi heyəti də köməyə cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.