KƏLBƏCƏR, 6 iyun. TELEQRAF
Kəlbəcərin ilk və tək məzunu olan Nəzrin Atakişiyeva hisslərini bölüşüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, N.Atakişiyeva məzun gününün onun çox əlamətdar olduğunu bildirib:
"Kəlbəcərin ilk və tək məzunu olmaq mənim üçün böyük qürurdur. Ümid edirəm ki, seçdiyimiz yolda məktəbimizin adını uğurla daşıyacağıq və insanlar məni Kəlbərin ilk məzunu kimi yadda saxlayacaqlar".
Məlumat üçün bildirək ki, N.Atakişiyeva Kəlbəcər rayonunda yerləşən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin məzunu olub. Ən diqqətçəkən məqamlarından biri isə məktəbin cəmi bir məzununun olmasıdır. Buna baxmayaraq məktəbdə "Son zəng" çalınıb.