BAKI, 13 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbəti zamanı İranla bağlı razılaşmanın yaxın günlərdə imzalanacağına ümidli olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tramp söhbət zamanı "Bu, əla bir razılaşmadır və müharibəyə son qoymağın vaxtıdır” ifadəsini işlədib.
Məlumata əsasən, bu açıqlama İsrail rəhbərliyi üçün gözlənilməz olub. Tel-Əviv İranla bağlı davam edən hərbi gərginlik fonunda fərqli nəticələr gözləyirmiş. İsrail tərəfinin söhbət zamanı kəskin etiraz bildirmədiyi və prosesin qarşısını almaq imkanının məhdud olduğunu qəbul etdiyi iddia olunur.
Mənbələr həmçinin bildirir ki, İsrailin əvvəlcə İranın enerji və infrastruktur obyektlərinə genişmiqyaslı zərbələr planlaşdırdığı, lakin bu planların ABŞ administrasiyası tərəfindən dayandırıldığı qeyd edilir.
Qeyd olunub ki, İsrail mümkün razılaşmanın İran və regiondakı müttəfiqlərinə, o cümlədən Suriyanın Livandakı “Hizbullah” hərəkatına qarşı əməliyyat azadlığını məhdudlaşdıra biləcəyindən narahatdır.