BAKI, 13 iyun. TELEQRAF
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dondurulmuş aktivlərdən vəsaitlərin İrana köçürülməsi ilə bağlı yayılan məlumatları qəti şəkildə təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, bəzi beynəlxalq media orqanlarında, o cümlədən "Reuters" agentliyində BƏƏ-dən İrana maliyyə vəsaitlərinin köçürülməsi, həmçinin 3 milyard dollar məbləğində vəsaitlə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.
“Bu iddialar həqiqətə uyğun deyil və heç bir fakta və ya etibarlı məlumata əsaslanmır. Dondurulmuş İran aktivlərinin heç biri BƏƏ vasitəsilə dondurulmayıb və ya köçürülməyib”, – bəyanatda bildirilib.
Nazirlik beynəlxalq mediada yayılan məlumatların əsassız olduğunu qeyd edərək, BƏƏ-nin bu məsələdə iştirakına dair iddiaları rədd edib.