BAKI, 13 iyun. TELEQRAF

Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə ərzində ölkənin müxtəlif bölgələri üzərində 177 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-lar Həştərxan, Belqorod, Bryansk, Voronej, Volqoqrad, Kursk, Novqorod, Rostov, Ryazan, Smolensk və Tver vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, həmçinin Krım ərazisi üzərində vurulub.

Nazirlik bildirib ki, pilotsuz aparatların bir hissəsi Azov və Qara dənizlərin suları üzərində zərərsizləşdirilib.