Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Beləki, Biləsuvar şəhər sakini, 1962-ci il təvəllüdlü Məhbubə Mətləb qızı Mikayılova qonşusu, 2003-cü il təvəllüdlü Xəyal Qubadlı tərəfindən bıçaqlanıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Qubadlı polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.