BAKI, 13 iyun. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən 20 şəhər və kəndin sakinlərinə təxliyə əmri verib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yerli əhali dərhal evlərini tərk etməli və Zəhran çayının şimalında yerləşən ərazilərə köçməlidir.

Təxliyə əmri Deyr əz-Zəhran, Ən-Namiriyyə, Əş-Şərqiyyə, Əd-Duveyr, Haruf, Habuş, Kfar-Coz, Zibdin (Nabatiya), Nabatiya əz-Zəhta, Nabatiya əl-Fauqa, Kfar-Ruman, Səfər Aramta, Kfar-Şuba, Malki, Əl-Ləviza (Cizzin), Cərcua və Ərəb-Salem daxil olmaqla bir sıra yaşayış məntəqələrini əhatə edir.