GƏNCƏ, 12 iyun. TELEQRAF

Gəncədə 1992-ci il təvəllüdlü Tural Məmmədovun yaşadığı evdə meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 34 yaşlı şəxsin meyitini yaxınları aşkar edib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, 34 yaşlı şəxs Ruhi Əsəb Disponserində qeydiyyatda olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.