BEYLƏQAN, 11 iyun. TELEQRAF
Beyləqan rayonunda ölüm hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, rayonun Eyvazallar kəndinin sakini Aslanlı Emin Zabit oğlu ürək çatışmazlığından vəfat edib.
Emin Eyvazallar kənd F.Quliyev adına tam orta məktəbinin 11-ci sinfini bu il bitirəcəkdi.
O, kənd qəbiristanlığında dəfn edilib.
Faktla bağlı araşdırma aparılır.