BEYLƏQAN, 11 iyun. TELEQRAF

Beyləqanda ötən gün baş verən qəza zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Teleqraf-ın Qarabağ bürosunun TƏBİB-ə sorğusuna cavab olaraq bildirilib k, 11 iyun 2026-cı il tarixində Beyləqan rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi) saat 20:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən 1985-ci il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Bakı şəhərinə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.

Digər iki pasiyentə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

2026.06.11

21:11

Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Toyota" və "Renault" markalı minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verib.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər təcili tibbi yardım vasitəsilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılara zəruri tibbi yardım göstərilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.