BAKI, 10 iyun. TELEQRAF
Almaniya hazırda İsrailə qarşı birtərəfli sanksiyalar tətbiq etməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful deyib.
Nazirin sözlərinə görə, Berlin İsraillə bağlı mümkün məhdudlaşdırıcı tədbirləri Avropa İttifaqı səviyyəsində tərəfdaşları ilə əlaqələndirir:
“Bu məsələlərlə bağlı addımlarımızı Avropa səviyyəsində koordinasiya edirik. Keçmişdə bəzi məskunlaşmış təşkilatlara qarşı sanksiyalar tətbiq etmişik və bu, yeni bir yanaşma deyil. Hazırda bu məsələnin gələn həftə gündəmdə olacağına əmin deyiləm. Əgər gündəmə çıxarılarsa, onu avropalı tərəfdaşlarımızla müzakirə edəcəyik”.