BAKI, 10 iyun. TELEQRAF
Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti İran əleyhinə qətnaməni qəbul edib.
Teleqraf xəbər verir ki, ABŞ tərəfindən hazırlanmış sənəd səs çoxluğu ilə təsdiqlənib. Səsvermə zamanı Rusiya, Çin və Niger qətnamənin əleyhinə səs veriblər.
Bildirilir ki, 10 ölkə bitərəf qalıb, 21 ölkə isə qətnaməni dəstəkləyib.
Mənbə qeyd edib ki, bununla da BAEA İdarə Heyəti İranla bağlı qətnaməni qəbul etmiş olub.