BAKI, 10 iyun. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda yerləşən şəhərlərə və Qərbi Bekaa bölgəsinə hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücumların hədəfi "Hizbullah" silahlı qruplaşmasına məxsus istehkamlar olub.

Bildirilir ki, son 24 saat ərzində 30 nəfər həlak olub, 92 nəfər isə yaralanıb.

Qeyd olunub ki, sosial şəbəkə platforması məlumatlara əsasən, 2 martdan etibarən hərbi eskalasiyanın başlamasından bəri ölənlərin ümumi sayı 3696-ya, yaralıların sayı isə 11 413-ə çatıb.