BAKI, 10 iyun. TELEQRAF

Kolumbiya Prezidenti Qustavo Petro 21 iyun tarixinədək müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Məlumata görə, qərar Kolumbiya Konqresinin İstintaq və İmpiçment Komitəsinin rəhbəri Qloria Arizabaleta tərəfindən imzalanıb və ehtiyat tədbiri kimi tətbiq edilib.

Bildirilir ki, bir sıra komitə üzvləri oxşar təşəbbüslərin əvvəllər də müzakirə olunduğunu, lakin hüquqi qüvvəsinə dair şübhələr səbəbindən rədd edildiyini qeyd ediblər.

Qeyd edək ki, iyunun 9-da İstintaq və İmpiçment Komitəsi seçkilər ərəfəsində siyasi təşviqatda iştirak ehtimalı ilə əlaqədar Petroya qarşı iki intizam araşdırmasına başlayıb. Onun regional parlamentdə müxalifətə qarşı tənqidi çıxışı prezidentin seçki prosesinə müdaxiləsi ehtimalını gücləndirib.