BAKI, 10 iyun. TELEQRAF

İran ordusu tam xaos içində, bərbad vəziyyətdədir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşım edib.

"İran ordusu tam xaos içində, bərbad vəziyyətdədir. Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin böyük hissəsi artıq mövcud deyil, onlar tamamilə məğlub ediliblər. İran yalnız boş-boş danışır, heç bir əməli fəaliyyəti yoxdur. "Yaxın Şərqin qoçusu" öldü! Özləri üçün mükəmməl ola biləcək saziş üzrə danışıqları çox uzatdılar, indi isə bunun bədəlini ödəməli olacaqlar", - o qeyd edib.