BAKI, 10 iyun. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkə ərazisi üzərində MQ-9 tipli pilotsuz uçuş aparatının məhv edildiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
Məlumata görə, pilotsuz aparat İranın hava məkanında vurulub.
Hadisənin yeri, vaxtı və pilotsuz aparatın mənsubiyyəti barədə hələlik əlavə məlumat açıqlanmayıb