BAKI, 10 iyun. TELEQRAF

Rusiya Dövlət Duması Rusiya Silahlı Qüvvələrinin tərkibində müqavilə əsasında döyüşmüş əcnəbi vətəndaşların ölkədən deportasiya olunmasını qadağan edən qanun layihəsini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması məlumat yayıb.

Yeni sənədə əsasən, 2022-ci il fevralın 24-dən (Ukraynada hərbi əməliyyatların başladığı gündən - red.) sonra qəbul edilmiş bütün deportasiya, Rusiyaya giriş qadağası və digər bu kimi məhdudlaşdırıcı qərarlar Rusiya ordusu ilə müqavilə imzalayaraq döyüşlərdə iştirak etmiş əcnəbi vətəndaşlara şamil olunmayacaq.

Həmin şəxslərin Rusiyada leqal şəkildə qalması təmin ediləcək.