BAKI, 10 iyun. TELEQRAF
Almaniya kansleri Fridrix Merts Almaniya Sosial-Demokrat Partiyasına (SPD) qarşı səbrinin tükənmək üzrə olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, "Rheinische Post" qəzetinə müsahibəsində danışıb.
"Mənim səbrim tükənmək üzrədir", - deyə Merts vurğulayıb.
Kanslerin bu açıqlaması sosial-demokratların infrastrukturun gələcəyi ilə bağlı qanun layihəsini bloklaması fonunda səslənib.
Sənəd iri infrastruktur layihələri üzrə planlaşdırma və razılaşdırma prosedurlarının sürətləndirilməsini, rəqəmsallaşdırılmasını və sadələşdirilməsini nəzərdə tutur.
Merts hesab edir ki, layihənin həyata keçirilməsi Almaniyada infrastrukturun daha operativ inkişafına imkan verəcək.