BAKI, 10 iyun. TELEQRAF
Hacıqabulda açıq havada baş verən yanğın davam edir.
Teleqraf-ın xəbərinə görə, Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğınla bağlı polis əməkdaşları əraziyə cəlb olunublar.
***
17:00
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.