BAKI, 10 iyun. TELEQRAF
"3 il sonra dərsliklər öz əhəmiyyətini tamamilə itirəcək".
Teleqraf xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Uşaqlar və hüquq" kitabının və "Uşaqların hüquq düşüncəsi" tədqiqat işinin təqdimatında deyib.
O bildirib ki, süni intellekt artıq materialları müəllifdən daha yaxşı təqdim edir.
"Hətta bəzi məsələləri Dilçilik İnstitutunun tədqiqatlarından daha yaxşı formada təqdim etdiyini düşünürəm. Amma bu, o demək deyil ki, gələcəkdə dilçi alimlərə ehtiyac qalmayacaq", - nazir vurğulayıb.