BAKI, 8 iyun. TELEQRAF

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün uzaqmənzilli silah sistemlərinin istehsalı sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən danışıqlardan sonra "Avroüçlük" ölkələrinin liderlərinin birgə bəyanatında bildirilib.

Sənəddə qeyd olunur ki, tərəflər Ukrayna Silahlı Qüvvələrinin gələcək dayanıqlılığını təmin etmək məqsədilə raket əleyhinə müdafiə sistemlərinin və uzaqmənzilli silahların birgə hazırlanmasının vacibliyini vurğulayıblar.

"Liderlər tutucu raketlərin istehsalının təcili şəkildə artırılmasının, həmçinin raket əleyhinə silah sistemləri və uzaqmənzilli silahların birgə hazırlanmasının zəruriliyini vurğulayıblar", - bəyanatda deyilir.

Bəyanata əsasən, bu addımlar Ukrayna ordusunun müdafiə imkanlarının uzunmüddətli perspektivdə gücləndirilməsinə xidmət edəcək.