DAŞKƏSƏN, 5 iyun. TELEQRAF

Daşkəsən rayonunun Xoşbulaq kəndinə diametri təxminən 5-7 sm olan dolu düşüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, dolu təxminən 15 dəqiqə davam edib.

Təbiət hadisəsi zamanı ciddi problem qeydə alınmasa da, bu, son bir ildə əraziyə yağan ən böyük doludur.

Hazırda bölgədə yağışlı hava şəraiti davam edir.