BAKI, 5 iyun. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Qazaxıstan Respublikasının Qurultayı və onun deputatlarının statusu haqqında" Konstitusiya qanununu imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Yeni qanuna əsasən, ölkədə Qurultay adlanan birpalatalı parlament formalaşdırılır. Sənəd bu qurumun təşkili, fəaliyyət qaydaları, qanunvericilik prosesi və deputatların hüquqi statusunu tənzimləyir.
Yeni parlament korpusu partiya siyahıları üzrə seçilən 145 deputatdan ibarət olacaq. Deputatların səlahiyyət müddəti isə 5 il müəyyən edilib.