BAKI, 4 iyun. TELEQRAF

İsrailin işğal etdiyi Livan ərazilərindən çəkilməyincə bölgədə sülh olmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun bəyanatında qeyd olunub.

Bəyanatda beynəlxalq ictimaiyyətin Təl-Əviv rejiminə heç bir təsiri olmadığı bildirilir.

"İsrail viran qoyulmuş torpaqlar üzərində hökmranlıq edir, hər gün fələstinlilərin və livanlıların evlərini dağıdır. Livan xalqı ABŞ və İsrailin niyyətlərinə çatmasına imkan verməyəcək. İsrail Livan xalqına qarşı hücumlarını dərhal dayandırmalı, işğal olunmuş ərazilərdən öz sərhədlərinə çəkilməli və Livanın ərazi bütövlüyünü tanımalıdır" - bəyanatda vurğulanır.