BAKI, 2 iyun. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə məxsus olduğu bildirilən gəmiyə zərbə endirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası və Radiosu (IRIB) SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, İran Hərbi Dəniz Qüvvələri ABŞ-nin İranın "Lian Star" gəmisinə qarşı həyata keçirdiyi əməliyyata cavab olaraq "MSC Sariska" gəmisini qanadlı raketlərlə hədəfə alıb.
SEPAH bəyan edib ki, hücum Vaşinqtonun son hərbi addımlarına cavab xarakteri daşıyıb.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İranın dəniz blokadasını yarmağa cəhd göstərdiyi bildirilən gəminin sıradan çıxarıldığını təsdiqləmişdi.