BAKI, 29 may. TELEQRAF
Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxacağı təqdirdə, Rusiya daxilində dəmir yolu yükdaşıma tarifləri artırılmalı olacaq.
Teleqraf xəbər verir ki, Putin Ermənistanın AİB-dən çıxması halında ölkələr arasında münasibətlərin necə dəyişəcəyini müzakirə edərkən bildirib ki, Ermənistan avtomobil daşıyıcıları üçün icazə sistemi bərpa olunacaq, bu qaçılmazdır: "Bu, ayrıca, çox mürəkkəb bir əməkdaşlıq sahəsidir. Əlbəttə ki, dəmir yolu yük daşımalarının tariflərini MDB ölkələri səviyyəsinə qaldırmalıyıq".