BAKI, 29 may. TELEQRAF

İran Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında dörd gəmi istiqamətində xəbərdarlıq atəşi açıb.

Teleqraf xəbər verir ki, məlumata görə, həmin gəmilər boğazdan keçid zamanı hərəkətlərini əvvəlcədən razılaşdırmadan irəliləməyə cəhd ediblər.

İranın “Mehr” agentliyi bildirib ki, insidentdən sonra bölgədə vəziyyət nəzarət altına alınıb.

Bundan əvvəl isə “Fars” agentliyi İranın cənub bölgələrindən naməlum hədəflərə doğru bir neçə raketin buraxıldığını xəbər vermişdi.