BAKI, 13 may. TELEQRAF

ABŞ-nin vitse-prezidenti J.D. Vens jurnalistlərə açıqlamasında İranla danışıqlarda irəliləyiş olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Vens İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair Trampın sözlərini təkrarlayıb: "Bunlar çox həssas danışıqlardır. Məhsuldar müzakirə aparmağa çalışdığımız üçün sizə hər şeyi deyə bilmərəm. Bu səhər Prezident Trampın kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoffla, eləcə də ərəb dünyasındakı bir neçə dostumuzla telefonda danışdım. Düşünürəm ki, irəliləyiş əldə edirik", - Vens deyib.

Vitse-prezident əlavə edib ki, əsas sual bu irəliləyişin prezidentin əsas tələbini ödəmək üçün kifayət edib-etməməsidir: "Qırmızı xətt sadədir: Tramp İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair zəmanətlər verəcəyimizə əmin olmalıdır".