BAKI, 13 may. TELEQRAF
Rəsmi Tehran ABŞ ilə danışıqları bərpa etmək üçün Vaşinqton qarşısında beş əsas şərt irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Şərtlərə bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran vəsaitlərinin blokdan çıxarılması, müharibənin vurduğu zərərə görə təzminatın ödənilməsi və İranın Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınması daxildir.
Bu şərtlər minimum etimad mühitinin yaradılması üçün irəli sürülüb.
İran bu təklifləri Pakistan vasitəsilə Ağ Evə çatdırıb.