BAKI, 12 may. TELEQRAF

Böyük Britaniya hökumətinin bir sıra üzvləri Baş nazir Kir Starmerə hakim Leyboristlər Partiyasının etimadını itirdiyini bildiriblər.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Məlumata görə, bəzi nazirlər Starmerlə qapalı görüşlərdə onun üçün “oyunun bitdiyini” deyiblər.

Telekanalın iddiasına əsasən, artıq azı 59 leyborist deputat baş nazirin istefasına çağırış edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Kir Starmerin gələn həftə istefa verəcəyini proqnozlaşdırmışdı.