BAKI, 10 may. TELEQRAF

İranın ABŞ-nin münaqişənin nizamlanması ilə bağlı təklifinə verdiyi cavabda Livanda atəşkəsin təmin olunması şərti də əksini tapıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio qurumu məlumat yayıb.

Məlumata görə, Pakistan vasitəçisinə təqdim olunan cavab mətnində bütün cəbhələrdə tətbiq edilmiş müharibənin dayandırılması, xüsusilə də Livanda atəşkəsin təmin olunması məsələsinə diqqət ayrılıb.

Bildirilir ki, Tehran regiondakı gərginliyin diplomatik yollarla aradan qaldırılmasını vacib hesab edir.