AĞDAM, 10 may. TELEQRAF

Bu gün saat 10:00 radələrində Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

1983-cü il təvəllüdlü şəxsə müştərək travmalar, hər iki diz nahiyəsinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş iymətləndirilən pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

***

09:50

Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisində baş verən ağır yol qəzasında ölənlərin kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, "Hundai" markalı avtomobillə "VAZ" 2106 markalı avtomobilin toqquşması nəticəsində leytenant Mehtiyev Faiq Xanqulu oğlu, çavuş Qəhrəmanov Saday Yaqub oğlu, çavuş Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu vəfat ediblər.

"Hundai" markalı avtomobilin sürücüsü Cəfərov Sadiq Rafael oğlu ilə xərasət alıb.

***

08:20

Ağdamda baş verən qəza zamanı 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Çuxurməhlə kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Hundai" markalı avtomobil qarşıdan gələn "VAZ"2106 markalı avtomobil ilə toqquşub.

Nəticədə avtomobillərdə olanlardan 4 nəfəri hadisə yerində həyatını itirib. 1 nəfər isə ağır xəsarətlər alıb.

Hazırda hadisə yerinə cəlb olunan həkim briqadası yaralıların xəstəxanaya çatdırılması prosesini icra edir. Ölənlərin hərbçi olduğu deyilir.

FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilərək avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.