BAKI, 10 may. TELEQRAF
"Nasizm dirçəlir, bu ideologiya fəal şəkildə ictimai rəyə tətbiq olunur. Avropa nasist rejimini dəstəkləməklə bu təhlükəli meyilləri irəli aparır".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O qeyd edib ki, bir sıra Avropa ölkələrinin rəhbərliyi nasist ideologiyasını cəmiyyətə aşılamağa çalışır:
"Avropa ölkələri açıq-aşkar nasist ideologiyasını təbliğ edir və burada heç bir şübhə yoxdur".
Onun sözlərinə görə, bu proses həm ideoloji, həm də praktiki müstəvidə həyata keçirilir.