BAKI, 10 may. TELEQRAF

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.

Teleqraf xəbər verir ki, açarların təqdimatı zamanı 44 günlük Vətən müharibəsi şəhidinin atası ilə Prezident arasında təsirli söhbət olub.

Şəhid atası səhhətində narahatlıq olduğunu bildirəndən sonra dövlət başçısı onun rahat şəkildə yola salınması üçün ayrıca tapşırıq verib.

Bu addım Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi həssas münasibət və xüsusi qayğının növbəti bariz nümunəsidir.