BAKI, 10 may. TELEQRAF
Rusiyanın Omsk vilayətində uşaqları daşıyan məktəb avtobusu yük avtomobili ilə toqquşub.
Teleqraf Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı “Qazel” markalı məktəb avtobusunun iritutumlu yük maşını ilə toqquşduğu müəyyən edilib.
Qəza nəticəsində bir uşaq həyatını itirib, daha 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin səbəbləri araşdırılır.